Külək “TIR”ı aşırıb, sürücüsünün qolu amputasiya edilib

Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.

Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə