Bakıda yaşayış binasında yanğın olub - FHN

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanında kombi aparatı, lambirindən ibarət tavan və taxta üzlük 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...