Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tapılan 8 avtomat, 5 qumbarataatan, 3 pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə