Bakıda fərdi yaşayış evi yanıb

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

Alovlanma ilk olaraq Yefim Saratov küçəsində yerləşən fərdi yaşayış evinin damında müşahidə edilib. Bunu görən qonşular aidiyyatı üzrə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verib. Əraziyə 3 yanğınsöndürən texnika və canlı briqada cəlb edilib. Alovun hadisə baş verən mənzilə bitişik evlərə keçməsinin qarşısı alınıb.

Qonşuların verdiyi məlumata görə, yanğın zamanı evin sakinləri başqa ünvanda olub. Yanğın evin mətbəxindən başlayıb.

Hadisə nəticəsində evin əşyaları yanaraq külə dönüb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə