Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, 1996-ci il təvəllüdlü Koroğluyev Həzrət Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binqədi Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə