Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevdir. Yarılılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB