Bakı şəhərinin Xətai rayonunda, çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 m² olan mağazada elektrik lövhəsi, 10 p.m kabel və 6 m² sahədə rəflər yanıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib və bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB