Bakı sakinini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Əfəndiyev küçəsində baş verib.

1988-ci il təvəllüdlü Əkbərov Ceyhun Şahin oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə