Məktəbli qız özünü 13-cü mərtəbədən atıb

Məktəbli qız özünü 13-cü mərtəbədən atıb

Nərimanov rayonunda intihar hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Həmin ərazidə yaşayan Ayla adlı 17 yaşlı qız özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Ayla 11-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə