FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirəcək

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 5 may 2022-ci il tarixində saat 15:00-da Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirəcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə