Bakıda avtomobil səkiyə dəyərək aşıb

Bakıda avtomobil səkiyə dəyərək aşıb

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə İlqar Cümşüdov və Cavad xan küçələrinin kəsişməsində qeydə alınıb.

“Daewoo” markalı avtomobilin sürücüsü küçələrin kəsişməsində sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın səkiyə çırpılaraq aşıb. Qəza zamanı sürücü bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə