Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Elşad Rəhimovun tələbə qızlara əxlaqsız təkliflər etməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib. Universitetdən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır və araşdırmanın nəticəsindən asılı olaraq tədbir görüləcək.
“Fakt təsdiqini tapsa, ən sərt formada ölçü götürüləcək. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB