Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Elnarə Ağayevanı vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB