Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Təxminən 30-35 yaşlı kişi piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib.
Həmin vaxt onu avtomobil vurub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Vurulan piyadanın kimliyi müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB