29 yanğına çıxış olub, 3 nəfər xilas edilib

29 yanğına çıxış olub, 3 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən SİA-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, 1947-ci il təvəllüdlü Eyvazov Rafiq Heydər oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə