Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb

Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb

Laçında fəhlə - 1992-ci il təvəllüdlü Pərvin Salahovun minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsləri ilə cinayət işi açılıb, istintaqı aparılır.

Xatırladaq ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilən fəhlə orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə