Yeniyetmənin döyülməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb

Yeniyetmənin döyülməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.

Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə