Bakıda motosikletçi törətdiyi qəzada ağır xəsarət alıb

Bakıda motosikletçi törətdiyi qəzada ağır xəsarət alıb

Bakıda 21 yaşlı gənc qəza törədib. SİA-nın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Şükürov Emin İxtiyar oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə