Binanın qarşısındakı ağaclar alovlanıb

Binanın qarşısındakı ağaclar alovlanıb

Bakının Nəsimi rayonunda yanğın baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, Ceyhun Səlimov 89 ünvanında yerləşən binanın qarşısındakı ağaclıq ərazidə qəflətən alovlanma baş verib.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı briqadası cəlb edilib. Alovun ətrafda olan binaya və avtomobillərə keçməsinin qarşısı alınıb.

Hazırda ağaclıq ərazidə olan alovun qarşısı tam alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə