Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıtda baş vermiş yanğınla bağlı açıqlama verib.
SİA-nın APA-dan ıldı etdiyi məlumata görə, nazir bildirib ki, çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb.
“Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub. İlkin ehtimala görə yanğın karton tullantılarından başlayıb. Müəssisənin özünün kamerasında bunlar əks olunub. Azərbaycan Respublikasının Baş Prokurorluğu və FHN tərəfindən istintaq getdiyi üçün bütün məlumatları verə bilmirəm. Hadisə çox ciddi olduğu üçün prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya məlumat verilib. Ölkə başçısına yanğınsöndürmənin gedişi haqqında mütəmadi məlumat verilib” – deyə nazir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB