Minik maşını “KamAZ”a çırpılıb, xəsarət alanlar var

Minik maşını “KamAZ”a çırpılıb, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Nizami Məqbərəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zaman minik maşının sürücüsü və onun sərnişinləri - Bərdə rayon sakinləri 1998-ci il təvəllüdlü Kənan Salahov,1980-ci il təvəllüdlü Abdullayev Polad xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə