Şirvanda məktəbdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Şirvan şəhərində ikimərtəbəli orta məktəb binasına bitişik, ümumi sahəsi 150 kv.m olan tikilinin (bufet, emalatxana və anbar) içərisində 5 kv.m sahədə stol-stullar qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB