Slovakiyada iki təyyarə toqquşub, ölənlər var

Slovakiyada iki təyyarə toqquşub, ölənlər var

“Associated Press”in məlumatına görə, Slovakiyanın qərb hissəsində səmada iki təyyarə toqquşaraq yerə düşüblər. Agentliyin məlumatına istinad edən SİA-nın məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər ölüb.

Slovakiyanın “TA3” telekanalının məlumatına görə, qəzaya uğrayan idman təyyarələridir. Qeyd edək ki, onların növü göstərilməyib. Ümumilikdə, telekanalın məlumatına görə, iki təyyarədə 40 nəfər ola bilərdi.

Şahidlər paraşütçülərin məşq atlamalarını gördüklərini bildiriblər. Slovakiyanın "Sme" qəzetinin yazdığına görə onlar şənbə günü festivalda nümayiş etdirməli olduqları iki təyyarədən böyük tullanış hazırlayırmışlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə