Bakının Nizami rayonunda yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
“Wrangler” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanıb. Bu zaman “Opel” markalı maşın yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan zaman “Wrangler” markalı maşına çırpılıb. Qəza nəticəsində “Opel” deformasiyaya uğrayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB