Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər. Bu barədə SİA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat şəraiti nəzarətdə saxlanılır. https://dsx.gov.az/xeber/1228

Bütün xəbərlər Facebook səhifəmizdə