Axtarışda olan 38 nəfər saxlanılıb - DİN

Axtarışda olan 38 nəfər saxlanılıb - DİN

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə