33 tələbə toyuqdan zəhərləndi

Yaponiyanın Xirakata şəhərindəki kollecdə kütləvi zəhərlənmə qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, kollecin yeməkxanasında nahar edən 33 tələbə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kyodo agentliyi bildirir ki, onlardan dördünün vəziyyəti ağırdır. Tələbələr toyuq konservindən zəhərləndiklərini bildirirlər. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə