FHN: Bakıda intihara cəhdin qarşısı alınıb

FHN: Bakıda intihara cəhdin qarşısı alınıb

Aprelin 22-də Bakıda intihara cəhdin qarşısı alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə