Gəncə polisindən əməliyyat: Narkotacirlər saxlanıldı - VİDEO

Gəncə polisindən əməliyyat: Narkotacirlər saxlanıldı - VİDEO

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Rəhimov saxlanılıb. Onun üzrənə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürlüb.

Bundan başqa keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində onlayn yolla narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Nuriyev saxlanılıb. Şübhəlinin üzərində müxtəlif qablarda ümumi çəkisi 258.66 qram narkotik vasitə olan “heroin” və narkotik maddə qəbul etmək üçün digər ləvazimatlar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə