Gəncədə məktəblilər arasında düşən mübahisə qanla bitib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 9-cu sinif şagirdi olan 2 qızdan biri digərini bıçaqlayıb. Hadisə saat 12.00 radələrində Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb. Xəsarət alan məktəbli dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Artıq insidentin təfərrüatları araşdırılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB