Dəhşətli qətl: Arvadını və özünü doğrayaraq öldürdü - VİDEO

Dəhşətli qətl: Arvadını və özünü doğrayaraq öldürdü - VİDEO

Quba rayonunun Paşaoba kəndində dəhşətli qətl hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilib.

Qeyd edək ki, ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb. Onların birgə nikahdan 3 övladı var.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə