Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2063 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Azad Zeynalov müəyyən edilərək saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB