Bakı sakini bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma baş verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Nəbiyev Elşən Qurbanəli oğlu tanışı tərəfindən küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə