Bakıda keçmiş məhkum silahla yaxalanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aydın Həbibovdan nömrəsi silinmiş “Smith Wesson” markalı revolver tapança, 1 ədəd patron və boş gilizi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB