Hindistanda ildırımvurmadan 12 nəfər həlak olub

Hindistanda ildırımvurmadan 12 nəfər həlak olub

Hindistanın Assam ştatında son 2 gün ərzində ildırımvurma 12 nəfərin həyatına son qoyub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Qeyd olunur ki, ştatda 2 gündür leysan davam edir. Bundan əlavə, qasırğa nəticəsində onlarla ağac aşıb və tikililərə zərər vurub. Elektrik təchizatında ciddi ləngimələr mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə