Kürdə suyun azalması nəticəsində Neftçalada küp qəbirlər aşkarlanıb - FOTO

Kürdə suyun azalması nəticəsində Neftçalada küp qəbirlər aşkarlanıb - FOTO

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə və Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb. Bu barədə SİA-ya AMEA-dan xəbər verilib.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunub.

Hazırda araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə