Tunis sahillərində içərisində Azərbaycan vətəndaşları olan gəmi batıb
Tunisin Qabes limanı yaxınlığında ticarət gəmisi batıb. “Mosaique FM” radiostansiyası bu barədə ölkənin mülki müdafiə departamentindəki mənbəyə istinadən məlumat yayıb. SİA bu barədə Rusiya saytlarına istinad edir.
Gəminin yeddi nəfərdən ibarət bütün heyəti xilas edilərək Gabes xəstəxanasına çatdırılıb. Zərərçəkənlərin vəziyyəti stabildir. Onların arasında Türkiyə və Azərbaycan vətəndaşları da var.
Radiostansiyanın məlumatına görə, gəmi Ekvatorial Qvineyadan gedirmiş və su sızması səbəbindən batmağa başlayıb. Türkiyə və Azərbaycan vətəndaşları olan ekipaj üzvləri sahil mühafizəsi əməkdaşlarının diqqətinə çatdıran siqnal məşəllərindən atəş açıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB