Bakıda binada yanğın olub

Bakıda yanğın olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olub.

Ümumi sahəsi 90 m² olan mənzilin dəhlizinin döşəməsi və lambirindən ibarət tavanı 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə