Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb - FOTOLAR

Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb - FOTOLAR

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-nın Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, aprel ayının 13-də saat 21:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Toyota Corolla" markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
​
Ərazidən uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış, onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil oğlu olması müəyyənləşdirilib.
​
Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram “heroin” və 115 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə