Bakının Yasamal rayonunda yerləşən mənzillərdən birində tüstülənmə olub. SİA-nın xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Belə ki, tüstülənmənin səbəbi ev sahibinin yemək qazanını yanar qazın üzərində unutması olub. Ev sahibi qazı söndürməyi unudaraq, qapını bağlayıb evdən gedib.
Yanğınsöndürənlər evə pəncərədən daxil olaraq qazı söndürüb və baş verə biləcək yanğın təhlükəsinin qarşısını alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB