İcra nümayəndəsindən pul tələb edən sayt rəhbəri saxlanıldı

İcra nümayəndəsindən pul tələb edən sayt rəhbəri saxlanıldı

Azərbaycanda fəaliyyət göstərən "cənub. az" saytının rəhbəri saxlanılıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, adıçəkilən xəbər portalının rəhbəri Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. O icra nümayəndəsindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə