Bakı şəhərinin Nərimanov rayonunda, inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB