Qubada zəlzələ olub

Siyəzən seysmoloji stansiyasından 25 kilometr cənub-qərbdə - Quba rayonunda zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar aprelin 12-də, yerli vaxtla saat 23:42-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.4-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə