Roma yaxınlığında zəlzələ baş verib

Roma yaxınlığında zəlzələ baş verib

İtaliyanın paytaxtı Roma şəhəri yaxınlığında zəlzələ olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Geofizika və Vulkanologiya İnstitutu 3,4 bal gücündəki zəlzələnin episentrinin Tivoli və Guidonia bölgələrinin arasında yerləşən Ciciliano olduğunu açıqlayıb. Zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

İnsanlara və əmlaka heç bir ziyan dəymədiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə