Bakı sakinini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

1967-ci il təvəllüdlü Veysalidze Esmira Əfsər qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə