Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub - FHN
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB