Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Şəxsiyyəti hələ məlum olmayan sakin marşrut avtobusundan düşərək yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə