Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "TIR" markalı yük maşının sürücüsü idarəetməni itirib.
Nəticədə yük maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB