Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində Milli Aviasiya Akademiyasının qarşısında baş verib.
Zəncirvari qəza zamanı “Mercedes”, “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində ümumilikdə 6 nəfər xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB