Tərtərdə qoyun otaran şəxs minaya düşüb

Tərtərdə qoyun otaran şəxs minaya düşüb

Goranboy sakini Tərtərdə minaya düşüb. SİA-nın məlumatına görə, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlu heyvan otararkən minaya düşüb. E.Həsənov Bərdə Diaqnostika mərkəzinə çatdırılıb.

Onun hər iki ayağının aşağı hissəsi travmatik amputasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə